Bakının Nəsimi rayonu ərazisində işıq dirəyi “Hyundai” markalı avtomobilin üstünə aşıb. Bu barədə ANS PRESS-ə hadisə şahidləri məlumat veriblər.
Verilən məlumata görə, hadisə günorta saatlarında baş verib. Avtomobilin sürücüsü bahalı maşını saxlayıb və düşərək gedib. Bundan cəmi 3 dəqiqə sonra beton işıq dirəyi qəfil aşıb.
Dirək aşaraq maşının üstünə düşüb. Maşına ciddi ziyan dəyməyib.