İtaliyanın baş naziri Matteo Renzi, Avropa Birliyinin (AB) genişləmə perspektivində Türkiyənin də olmasının zəruriliyini vurğulayıb. Ancaq O, bunun üçün rəsmi Ankaranın Avropanın azadlıq və demokratiya standartlarına cavab verməli olduğunu bildirib. “Təbii ki, azad mətbuatın və ya müxalif jurnalistlərin həbs olunması AB dəyərlərilə səsləşmir” deyə, baş nazir bildirib. Xatırladaq ki, hazırda İtaliya AB-nin dönəm sədridir.