“Röyters” agentliyinin verdiyi məlumata görə, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest bildirib.
“Mən bunun həftənin sonunadək baş verəcəyini gözləyirəm”, deyə o bildirib.
Qeyd edək ki, son aylar neftin ucuzlaşması, tətbiq olunan sanksiyalar nəticəsində rublun dollar və avroya nisbətdə məzənnəsi kəskin aşağı düşüb ki, bu da Rusiyanı əlavə sanksiyalar olmadan da, çıxılmaz vəziyyətə salıb. Görünür, rəsmi Moskva siyasətini dəyişməyənə qədər, Qərb də mövqeyində har hansı dəyişiklik etməyəcək.