Dekabrın 10-da neftin qiymətində kəskin ucuzlaşma müşahidə edilib. Brent markalı neftin bir barelinin qiyməti 2,8% ucuzlaşaraq 64,98 dollara, WTI markalı neft isə 63,01 dollara düşüb. Bu da 2009-cu ildən bəri ən aşağı göstəricidir.
«Qara qızıl»ın qiymətinin düşməsinə İranın Neft Nazirliyinin baş analitiki Məhəmməd Sadeq Memarianın bəyanatı da təsir edib. Belə ki, İran rəsmisi ölkəsinin gündəlik hasilatı 4,8 mln barel artıracağını deyib.
azadlıq.info