Saatlı rayonunda brokonyerlər su polisini atəşə tutub. Hadisə rayonun Azadkənd ərazisində baş verib. Rayondakı mənbələrdən azadliq.info-ya verilən xəbərə görə, Hacıəziz adlı polis əməkdaşı qanunsuz ov edən iki nəfəri saxlamaq istəyib. Onlar isə polis əməkdaşına atəş açaraq, aradan çıxmağa çalışıblar. Açılan atəş polis əməkdaşına dəyməyib. Brokonyerlər isə tutulub. Rizvan səfərov və Cəmaləddin Səfərov adlı həmin şəxslər hazırda Saatlı raton Polis Şöbəsində saxlanılırlar.