Bakıda ağır yol qəzası baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında xəbər verilir ki, Bakı şəhəri, Sabunçu rayonunda “KİA” markalı minik avtomobili ilə “Ford” markalı yük avtomobili toqquşub.
Fövqəladə Hallar Nazirliyinin hadisə yerinə cəlb olunmuş qüvvələri xilasetmə işlərinə başlayıblar. Hadisə yerində “Kia” avtomobilinin sürücüsü şəxsiyyəti məlum olmayan sərnişinin cəsədi aşkar olunub. Xilasedicilər sıxılmış vəziyyətdə qalmış cəsədi çıxararaq aidiyyəti üzrə təhvil veriblər.