Türkiyədə azərbaycanlı gənc itkin düşüb. APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib. Məlumatda qeyd olunur ki, Azərbaycan vətəndaşı, 23 yaşlı İmanov Elçin Bəkir oğlu Türkiyənin Hatay şəhərində yoxa çıxıb. E. İmanovun özündən 3 yaş böyük qardaşı Həzi İmanov da 2013-cü ilin yayında Türkiyənin Hatay şəhərində itkin düşüb. Onun itkin düşməsi haqqında məlumatlar bu ilin yayında İnterpoln saytında yerləşdirilib.
Hazırda onların tapılması istiqamətində beynəlxalq axtarışlar davam etdirilir