Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev daxili işlər naziri Ramil Usubovla aralarındakı məhkəmə çəkişməsi ilə bağlı Nəsimi Rayon Məhkəməsinin verdiyi hökmə etirazını bildirib. E.Quliyev məhkəmə qərarından Apellyasiya Məhkəməsinə şikayət edəcəklərini deyib: “Məhkəmə hökmündən Apellyasiya Məhkəməsinə şikayət edəcəyik. Çünki bu qərar həm ədalətsiz, həm də qanunsuzdur. Hesab edirik ki, məhkəmə siyasi sifariş əsasında belə bir qərar qəbul edib. Lakin nəticədən asılı olmayaraq bu işi Avropa Məhkəməsinə qədər aparacaq və ədalətin təntənəsinə nail olmaq üçün bütün qanuni vasitələrdən istifadə edəcəyik”.