Oktyabrın 29-da Cəlilabad rayonunda faciəvi hadisə baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Böyük Bəcirəvan kənd sakini İsrail Hüseynovun evində elektrik qızdırıcısı sintetik materialdan hazırlanmış xalçanın üzərinə aşdığından tüstülənmə baş verib. Tüstüdən zəhərlənmiş İ.Hüseynov və arvadı Gülarə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq qadının həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırmalar aparılır.