Dünya İqtisadi Forumu 2014-cü il üçün gender bərabərliyi indeksini açıqlayıb. “Media forum” saytı xəbər verir ki, Azərbaycan gender bərabərliyi göstəricisinə görə 142 ölkə arasında 94-cü yerdə dayanır.
Azərbaycanın qonşuları – Rusiya 75-ci, Gürcüstan 85-ci, Ermənistan 103-cü, Türkiyə 125-ci, İran 137-ci sıradadır.
Keçmiş SSRİ subyektlərindən Latviya 15-ci, Litva 44-cü, Estoniya 62-ci pillədə qərarlaşır.
MDB məkanından Moldova 25-ci, Ukrayna 56-cı, Belarus 32-ci, Qazaxıstan 43-cü, Qırğızıstan 67-ci, Tacikistan 102-ci yeri tutur.
Gender bərabərliyi göstəricisinə görə ən yaxşı 5 ölkə İslandiya, Finlandiya, Norveç, İsveç və Danimarkadır.
Ən pis 5 ölkə sırasında isə Mali, Suriya, Çad, Pakistan və Yəmən dayanır.