Ukrayna Prezidenti Petr Poroşenko parlament seçkilərinin keçirildiyi gün Donbasa yollanıb. Bu barədə Poroşenkonun özü Tvitter səhifəsində yazıb.
Poroşenko Kramatorskdakı seçki məntəqəsində olub, lakin orda səs verməyib. “112 Ukrayna” telekanalı Poroşenkonun Kiyevdə deyil, Donbasda səs verəcəyini bildirmişdi.
Prezidentin xanımı Marina Poroşenko da həyat yoldaşının Donbasa seçkilərin keçirilməsinə nəzarət etmək üçün getdiyini bildirib.
Kramatorskda prezident müdafiə mövqelərinin yaradılmasına da nəzarət edib.