Almaniyada Dünya Azərbaycanlıları Məclisinin sədri, İsa Qəmbərin qardaşı Rövşən Qəmbər Müsavatın qurultayı ilə bağlı bəyanat yayıb.
R.Qəmbər partiyada həmsədrlik institunun yaradılmasını təklif edib: “Nə qədər ki, Qarabağ probleminin ədalətli həllinə nail olmamışıq, Rəsulzadənin Davamçıları sayılan müsavatçıların qətiyyən parçalanmasına yol vermək olmaz. Müsavat Partiyasının ikiyə bölünməsinə qətiyyən yol verməyib. İsa Qəmbər, Arif Hacılı və Qubad İbadoğlu Üçlüyünün Azərbaycanda ədalətli parlament seçkilərinə qədər maksimal xeyirli uğurlu işbirliyinə başlamasına yardım edin və nail olun.
Təklif edirəm ki, Müsavat Partiyasını ikiyə bölməməsi üçün Almaniyadakı yaşıllar və solçular partiyalarında olduğu kimi iki həmsədr təsis olunsun.
Dünənki qurultayda ən çox səs almış Arif Hacılının və Qubad İbadoğlunun həmsədr olmaları üçün yaxşı olardı ki, qurultayda nizamnaməyə dəyişiklik edərək həmsədrlik təsis olunsun. Qurultayın və yeni Məclisin maksimal işbirliyi nəticəsində Müsavat Partiyasına kollegial başqanlıq sistemi yaransın. Eşbaşqanların əsas vəzifəsi gələn il Azərbaycanda Parlament seçkiləri olanda demokratik müxalifətin maksimal işbirliyinə nail olaraq Azərbaycanda qan tökülmədən legitim Milli Məclisin yaranmasına və beləliklə Azərbaycanda hüquqi dövlətimizin qurulmasına addım addım nail olmaqdır”.