“Qafqaz Müsəlmanları İdarəsinin məmurları tərəfidən həcc ziyarəti qaydalarının pozulması xəbəri, qara piyardan başqa bir şey deyil”.
Bunu Hafta.az-a Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova deyib. Onun sözlərinə görə bu xəbərlə bağlı QMİ-nin Həcc ziyarətində olan əməkdaşları ilə saxlayıblar: “Onlar bu informasiyanın yalnış olduğunu, qara piyardan başqa bir şey olmadığını dedilər. Həmişə belə olub. QMİ-nin təşkil etdiyi həcc ziyarrəti ilə bağlı yalnış xəbərlər yayıblar. Bizim Həcc ziyyrətində olan əməkşdaşlarımız şəriətin bütün qaydalarını bilirlər. Və onlar məsuliyyət daşıyırlar. Zəvvarlarımız artıq həcc ziyarətindədirlər. Ziyarət davam edir”.
Xatırladaq ki, mətbuatda, bu ilki Həcc ziyarətində zəvvarların narazılıqlarının yeməklərlə bağlı olduğu bildirilir. Bundan başqa, qeyd olunub ki, QMİ zəvvarları miqata aparmayıb, zəvvarlara Bakı hava limanında niyyət etdirərək, Ciddədə ehram bağladıblar.
Məlumat üçün bildirək ki, Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların sonuncu qrupu Səudiyyə Ərəbistanına yola salınıb. Həcc mövsümünün başlaması ilə əlaqədar dünyanın hər yerindən zəvvarlar müqəddəs Məkkə şəhərinə yola düşüblər. Azərbaycandan gedən ilk zəvvar qrupu isə sentyabrın 23-də Bakını tərk edərək Ciddəyə yola düşüb.