Bakıdakı Heydər Əliyev Sarayında əfsanəvi “Maşina vremeni” qrupunun yaradıcısı Andrey Makareviçin oktyabrın 31-ə təyin edilmiş konserti ləğv olunub.Vesti-az-ın verdiyi xəbərə görə, Sarayın rəhbərliyi bunu konsertin məhz həmin günlərdə “dövlət tədbirləri ilə bağlı” mümkün olmadığını bildirərək, alternativ tarix təklif edib. Bu isə müğənninin qrafiki ilə uyğun gəlməyib. Satılan biletlər qaytarılacaq.
Makareviç Rusiyanın Ukraynaya müdaxiləsinə qarşı kampaniyanın aktiv üzvlərindəndir və Krımın Rusiyaya birləşdirilməsinə görə Kremli daim sərt tənqid edir.