Qazaxda maşın yanıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, vətəndaşa məxsus “Mercedes” markalı minik avtomobilinin mühərrik və yük hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.