ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi “Azadlıq, Azad Avropa” radiostansiyası rus dilində operativ və dürüst məlumatların yayılması üçün televiziya layihəsinə başlamaq qərarına gəlib. Bu barədə BBC-nin keçmiş əməkdaşı, Azərbaycan hökuməti barədə tənqidi televiziya verilişləri və sənədli filmləri ilə yadda qalan frilans müxbir Şahida Tulaqanova Facebook səhifəsində məlumat verib. Özbək əsilli xanım jurnalist bildirib ki, sentyabrın 1-dən “Azad Avropa” radiostansiyasının yeni televiziya layihəsində işə başlayacaq. Şahida Tulaqanova layihəni radionun Azərbaycan redaksiyasının rəhbəri Kənan Kazımoğlu ilə birgə idarə edəcəyini bildirib.
Kənan Kazımoğlu məlumatı azadliq.info-ya təsdiqləyib.