Gənc qadını necə bədbəxt ediblər?
“Azadlıq”a daxil olan şikayət məktubunda son dövrlər Azərbaycanda çox ciddi problemə çevrilmiş doğuş zamanı yaranan bədbəxt hadisələrdən bəhs olunur.
Məktubda bildirilir ki, 2013-cü ildə Könül Verdiyeva hamiləliklə əlaqədar həkim Nigar Abdullayevanın qəbulunda olub və övladını təbii doğuşÿyolu ilə dünyaya gətirmək istədiyini bildirib. Lakin Nigar Abdullayeva bunun qətiyyən mümkün olmayacağını, körpənin mütləq qeysəriyyə əməliyyatı ilə dünyaya gətirilməli olduğunu deyib. Həkim həmçinin, özəl klinikada işlədiyini bildirərək, qadının doğuş üçün “Astoriya” Tibb Mərkəzinə gəlməli olduğunu deyib.
Gənc qadın ailə vəziyyətinin ağır olmasına baxmayaraq, övladını sağlam şəkildə dünyaya gətirmək üçün müayinə məqsədilə “Astoriya” Tibb Mərkəzində mama-ginekoloq Nigar Abdullayevanın qəbulunda olub. Nigar Abdullayeva müayindədən sonra səbəbini izah etmədən uşağı 2 həftə tez götürməli olduğunu deyib. Qadın həkimin dediyi ilə razılaşıb və 2013-cü il oktyabrın 21-i oğlunu qeysəriyyə əməliyyatı ilə dünyaya gətirib və əməliyyatdan 3 gün sonra evə buraxılıb.
Bundan sonra Könül Verdiyevanın xeyli problemləri yaranıb və həkimin səhlənkarlığı, qusurlu əməliyyatı nəticəsində 27 yaşlı xanımın həyatını xilas etmək naminə, başqa bir həkim onu əməliyyat edərək, qadın orqanlarını çıxarıb.
Baş verənlərlə əlaqədar fikirlərini bölüşən vəkil Iradə Cavadova deyir ki, Azərbaycan Konstitusiyasının 41-ci maddəsinə əsasən, hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ var. Həmçinin,Ümumdunya Insan Huquqları Bəyannaməsinin 25-ci maddəsi də hər bir insana qida, geyim, mənzil,tibbi qulluq və zəruri sosial xidmətlər də daxil olmaqla, onun özüÿvə ailəsinin sağlamlığının, rifahının qorunub saxlanılması üçün zəruri olan həyat səviyyəsinə malik olmaq hüququ verir. I.Cavadova insanların işsizlik, xəstəlik, əlillik, dulluq, qocalıq halında və ondan asılı olmayan digər səbəblərə görə dolanışıq vəsaitlərini itirdiyi halda, təminat hüququna ÿmalik olmasını da xatırladır:
“Maddələrin məzmunundan da görünür ki, hər kəsin yüksək səviyyədə tibbi yardım almaq hüququ var. Bu hüquq heç bir şəkildə məhdudlaşdırıla bilməz. ”Istehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 3-cü maddəsinə əsasən,ÿistehlakçılarÿistehlak etdikləri mallarınÿ(işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olması və lazımi keyfiyyəti olmayanÿ mallarınÿ(işlərin, xidmətlərin) vurduğu zərərin ödənilməsi, öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına, məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin qanunun 12-ci maddəsinə əsasən, istehlakçıların bu qanunda nəzərdə tutulan hüquqları istehsalçı, yəni icraçı tərəfindən pozularsa, istehlakçıya dəyən mənəvi ziyan günahkar tərəfindən ödənilməlidir”.
Vəkil əlavə edir ki, BMT-nin “Istehlakçıların hüquqlarının müdafiəsinə dair” 1985-ci il tarixli rəhbər prinsiplərində, “Istehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 19 sentyabr 1995-ci il tarixli qanununda istehlakçıların sağlamlığı və təhlükəsizliyinin müdafiəsi hüququ ön plana çəkilir.
Gənc anaların hüquqlarının pozulması son dövrlər daha da aktuallaşdığından məsələni medianın diqqətinə çatdırmaq zərurəti yaranıb. Eləcə də Insan Hüquqları üzrə Maarifləndirmə Ictimai Birliyi Könül Verdiyevaya ÿkömək məqsədiilə iddia hazırlayaraq məhkəməyə təqdim edib.
“Astoria” Tibb Mərkəzi və Nigar Abdullayevadan müştərək qaydadaÿ1 milyon manat ÿtutularaq, maddi və mənəvi zərərin müqabilində zərərçəkmişə ÿödənilməsi məhkəmədən xahiş edilib.
Bu iddiaya iyulun 25-də Nərimanov rayon məhkəməsində baxılacaq.
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Sosial şöbə