Roma məhkəməsinin qərarına əsasən, İtaliya ərazisində Rusiyanın mail.ru internet-servisinə girriş qadağan edilib. İtaliya mətbuatının məlumatına görə, məhkəmə Eyemoon Pictures studiyasının şikayətinə əsasən beləbir qərar çıxarıb. Belə ki, mail.ru bu stuudiyaya məxsus filmləri icazəsiz istifadə edib. Mail.ru ilə birgə daha 23 sayta İtaliyada giriş qadağan olunub.
Rusiyanın digər iri internet-servisi olan «VKontakte» slsial şəbəkəsi də ötən ildən plaqiatlıqda günahlandırılaraq İtaliyada qadağan edilib.
azadlıq.info