Atəşkəs rejiminin pozulması nəticəsində Tərtər sakini həlak olub. APA-nın məlumatına görə, Mübariz Əliyev Çaylı kəndi yaxınlığında Tərtər çayı sahilində balıq tutarkən Ermənistan ordusunun Azərbaycanın işğal edilmiş ərazilərindən açdığı atəş nəticəsində öldürülüb. Hadisə iyulun 18-i günün sonunda baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları meyitin hadisə yerindən çıxarılmasına çalışırlar.