Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bakı Şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən xəbərə görə, iyulun 8-i saat 03.30 radələrində, Xəzər rayonu Qala-Zirə yolunda qəsəbə sakini 1987-ci il təvəllüdlü Anar Hüseynov idarə etdiyi “Opel-Vektra” markalı avtomobilin idarəetməsini itirərək aşırıb.
A.Hüseynov xəstəxanaya aparılarkən yolda keçinib, sərnişin Sabirabad rayon sakini, 1990-cı il təvəllüdlü Şamo Gözəlov isə xəsarətlə 3 saylı xəstəxanaya yerləşdirilib.