İctimai Palatada təmsil olunan Müsavat, AXCP, KXCP və AMIP-in Lənkəran təşkilatlarının dünən yığıncağı keçirilib. Yığıncaqda Ictimai Palatanın regional təşkilatlar haqqında Əsasnaməsinin şərtlərinə uyğun olaraq, hər partiyadan üç nəfər olmaqla Təşəbbüs Qrupu yaradılıb.
Müsavat partiyasının Lənkəran təşkilatının sədri Yadigar Sadıqovun verdiyi məlumata görə, qısa müddətdə adıçəkilən və digər partiyaların üzvlərinin, ziyalıların, vətəndaş cəmiyyəti nümayəndələrinin və sıravi vətəndaşların Ictimai Palatanın yerli təşkilatına cəlb olunması istiqamətində işlər görüləcək: “Şənbə günü yenidən bir araya gələrək Ictimai Palatanın Lənkəran təşkilatının təsis gününü təyin edəcəyik. Düşünürəm ki, artıq gələn həftə təsis yığıncağını keçirəcəyik”.