“Eldar Mahmudov bütün nazirlərlə dodaq-dodağa öpüşürdü, guya onlar bilmirdilər ki, Eldar Mahmudov prezidentə bu cür xəyanət edir?” Bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ölkədə baş verən hadisələri, Eldar Mahmudovun aqenturasını şərh edərkən bildirib. İndi aydın olur ki, Mahmudovçuların Erqenekonla də sıx münasibətləri olub. Milli Məclisdə E.Mahmudovun böyük planları barədə demək olar ki hamı xəbərdar idi.
Xatırladaq ki, Milli Təhlükəsizlik Naziri Eldar Mahmudov tutuduğu vəzifədən azad edilib və onun de-fakto tabeçiliyində olan Parlament də buraxılıb. Bir neçə MTN-nin generalları və yüksək vəzifəli heyətinin həbsləri həyata keçirilib, Parlamentin rəhbərliyi istefaya göndərilib və yeni həbslər gözlənilir.
Bu barədə danışan partiya sədri Hafiz Haciyev qeyd edib ki: “Prezidentimizin bəxti belə gətirib, o kimə çörək verir, hamısı ona qarşı xəyanət edir. Bu hadisədə söhbət təkcə Eldar Mahmudovdan getmir. Bu gün hakimiyyət daxilində olan qüvvələrin hansın tərpətsən elə çıxacaq.” Daha sonra Hafiz Haciyev qeyd etdi ki, “Hamısı Eldar Mahmudovun dostudur, onunla bir yerdə yeyib içib, rüşvəti bölənlərdir. Bu insanların da hamısı üzə çıxmalıdır. Bu şəbəkələr bu dəqiqə var gücləri ilə çalışırlar ki, prezidenti bu işdən çəkindirsinlər.” Daha sonra o qeyd etdi ki, “baxın görün Parlament nə gündə idi ki, Spikerin arvadı striptiz-sauna saxlayırdı”.
Milli Məclisdə isə dolaşan söhbətlərə görə, deputatları şantaj və psixoloji təzyiq üsullarından istifadə edərək külli miqdarda pul qazanmaq istəyən sabiq MTN rəhbərliyi deputat korpusundan və onların ailə üzvlərindən da böyük həvəslə “çörək pulu” çıxarmaq istəyirdi. Dövlət maraqları, milli maraqlar üçün təhlükə kəsb edən şəxsləri nəzarətə götürmək əvəzinə deputatlar nəzarətə götürülürdü.
Belə ki, Eldar Mahmudova deputatlar barədə hansı məlumatlar lazım idi? Onlar imkanlı olmalı və “kənar sevgiliyə” malik olmalı idilər. Bütün bu xüsusiyyətləri özündə birləşdirən deputatlar təsbit edildikdən sonra onların üzərində, sözün həqiqi mənasında, əməliyyat işi qurulurdu. Deputatlar haqda məlumatları ötürən keçmiş Spiker O.Əsədov idi. Mahmudovun siyahısında diqər adamlar da var idi. Məsələn, baş bankirimiz Elman Rüstəmov, “Azərsu” rəhbəri Qorxmaz Hüseynov, Prezident Administrasiyasını bir neçə şöbə rəisi. Meliorasiya komitəsindən tutmuş diqər nazirliklərə gədər E.Mahmudovun nəzarətində idi.
Belə ki, əməliyyat qrupu deputatın və onun görüşdüyü qadınların əlaqə nömrələrini nəzarətə götürür, danışıqlarını qeydiyyata alır, görüş yerlərini müəyyənləşdirir, bu şəxslərlə bağlı audio-video faktlar əldə edir, sevişmə səhnələrini lent vasitəsi ilə “əbədiləşdirirdi”. Milli Məclisin binasında keçmiş spikerin tapşırığı ilə deputatların otaqlarında xüsusi dinləyici gurğular qoyulurdu. E.Mahmudovun məsləhəti ilə keçmiş spiker O.Əsədov Milli Məclisin binasının mühafizəsini öz nəzarətinə götürdü. Əsədov, XDMX vasitəsilə öz yaxın qohumunu Milli Məclisin mühafizə rəhbəri təyin etdirdi. Məqsəd o idi ki, həmin qohum deputatların otaqlarında əməliyyat aparsın.
Plan belə idi, Eldar Mahmudov Parlamentin əli ilə hakimiyyəti götürürdü, deputatlar isə bu işə dəstək olmalı idilər. Deputatlar razı olmasaydırlar isə, o zaman onların sevişmə səhnələrinin əks olunduğu videolar onların ailərinə, iş yoldaşlarına, yaxın qohumlarına göndəriləcək. Yeni Prezident Eldar Mahmudov olmalı idi, ona görə ki MTN-in tələsinə düşən, bu hədədən sarsılan, iş və ictimai karyeralarının bitəcəyindən qorxan deputatlar bir qayda olaraq MTN-in tələbləri ilə razılaşmaq məcburriyətində idilər. Lakin bu qruplaşmanın bütün planları pozuldu.
İndi isə, ləğv olunmuş MTN-nin keçmiş şefi özünün Nardarandakı bağ evində həyat yoldaşı ilə birlikdə yaşayır. Eldar Mahmudovun Nardarandakı villasını xüsusi xidmət orqanlarının əməkdaşları ciddi nəzarət altında saxlayırlar.