Yanvarın 31-də gündəlik “Bizim yol” qəzetinin işi Bakıdakı qar-çovğuna görə dayanıb.
Redaksiyadan “Media forum” saytına bildiriblər ki, əməkdaşların böyük qismi işə gəlib çata bilmədiyindən qəzetin fevralın 1-də satışda olası növbəti nömrəsini hazırlamaq mümkün olmayıb, bu səbəbdən sabah “Bizim yol” işıq üzü görməyəcək.
Paytaxt Bakıda yanvarın 30-u axşamdan qar-çovğundur. İntensiv qar yağır, şaxtalı hava var. Yollar buz bağladığından nəqliyyatın işi xeyli çətinləşib.