Almaniya kansleri Angela Merkel və Avropa Mühafizəkarlar partiyaları qrupu (Avropa xalq partiyası) növbəti prezident seçkilərində Viktor Yanukoviçin əsas rəqibi kimi Vitali Kliçkonu dəstəkləməyə hazırlaşır.
Bu barədə bazar günü Federal hökumətdə və Avropa Xalq Partiyasındakı mənbələrə istinadən Der Spiegel nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, çərşənbə günü Brüsseldə keçirilməsi planlaşdırılan AXP üzlərindən ibarət hökumət və dövlət başçılarının növbəti görüşünə Kliçkonun da dəvət ediləcəyi nəzərdə tutulub.
Kliçkonun həmçnin Almaniya kansleri Angela Merkellə söhbət edəcəyi də gözlənilir.
Bundan əlavə, Kliçkonun «Udar» partiyası Angela Merkelin partiyasına yaxın Konrad Adenauer Fondundan dəstək alır.
Məhz Kliçkonu almanlar Ukrayna müxalifətinin lideri hesab edir. Məlum olduğu kimi, Kliçko uzun müddət Almaniyada yaşayıb. Onunla Fransada da danışıqların aparılacağına dair xəbərlər yayılır.
azadlıq.info