Ukraynanın paytaxtı Kiyevdə onlarla maskalı gənc Leninin heykəlini uçurdub. Dağıdılmış heykəlin altında fəallar «Azadlıq gələcək, qayda-qanun yaradacaq» şüarın səsləndirir.
UNİAN saytının məlumatına görə, fəallardan bəziləri «Azadlıq» partiyasının bayrağını qaldırıb. «Udar» partiyasının lideri Vitali Kliçkonun mətbuat konfransından bir neçə dəqiqə sonra Milli müqavimət qərərgahında Maydandakı hadisələrin canlı yayımlandığı monitorda Leninin heykəlinin uçurdulması nümayiş etdirilib.
azadlıq.info