Eldar Namazov: «Heç bir nüfuzu, dəstəyi olmayan şəxslər hansısa addan istifadə edib çaşqınlıq yaratmaq istəyirlərsə, bunun nəticəsi sıfıra bərabər olur»
“Mənə qarşı ”klon əməliyyatı” birinci dəfə həyata keçirilmir. Hələ 2005-ci il parlament seçkilərində də hakimiyyət mənə qarşı bu üsullardan istifadə edirdi”. Bu sözləri “Reytinq” qəzetinə müsahibəsində Milli Şuranın Icra Aparatının rəhbəri, “EL” Hərəkatının sədri Eldar Namazov rəhbərlik etdiyi təşkilata qarşı təxribatlara münasibət bildirərkən deyib. Yada salaq ki, seçkidən əvvəl “EL” Hərəkatında təmsil olunduğunu deyən Əflan Ibrahimov adlı şəxs bəyanat verərək təşkilatdan çıxıb. Daha sonra o, “EL” adında yeni partiyanın yaradılacağını bildirib.
Eldar Namazovun sözlərinə görə isə bu, onların fəaliyyətinə maneə yaratmayacaq: “Azərbaycan təcrübəsindən bilirik ki, ictimai rəydə heç bir nüfuzu, dəstəyi olmayan qurumlar, şəxslər hansısa addan istifadə edib çaşqınlıq yaratmaq istəyirlərsə, bunun nəticəsi sıfıra bərabər olur”.