Onlar bu kürsünü neçə ildir tutur?
Baş nazir Artur Rasizadə 1996-cı ildən Nazirlər Kabinetinin sədridir.
Yaqub Eyyubov 1999-2003-cü illərdə baş nazirin müavini, 2003-cü ildənsə baş nazirin birinci müavinidir.
Abid Şərifov 1995-ci ildə baş nazirin müavinidir.
Elçin Əfəndiyev 1993-cü ildən baş nazirin müavini postunu tutur.
Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnikÿ Kəmaləddin Heydərov 2006-cı ilin fevralından Fövqəladə Hallar Nazirliyinə rəhbərlik edir.
Daxili işlər naziri, general-polkovnikÿ Ramil Usubovÿ 1994-cü ildə bu vəzifəyə təyin edilib.
Mikayıl Cabbarov 2013-cü ildən Azərbaycan Respublikasının təhsil sahəsinə rəhbərlik edir.
Milli təhlükəsizlik naziri, general-leytenantÿ Eldar Mahmudov ÿ2004-cü ildə hazırkı vəzifəsinin başına keçib.
Ədliyyə naziri Fikrət Məmmədovÿ2000-ci ilin aprel ayında ədliyyə orqanının başına gətirilib.
Vergilər naziri Fazil Məmmədov ÿdüz 14 ildir nazir vəzifəsində işləyir.
Maliyyə naziri Samir Şərifov ÿ2006-cı ilin aprel ayından Azərbaycan Respublikasının maliyyə naziridir.
Ekologiya və təbii sərvətlər naziriÿ Hüseynqulu Bağırov 2001-ci ildən vəzifədədir.
Dünən işdən çıxarılan əmək və əhalinin sosial müdafiəsi naziriÿ Füzuli Ələkbərovÿ 2006-cı ilin fevralından indiki vəzifəsində çalışırdı.
Iqtisadi inkişaf naziri Şahin Mustafayevÿ 2008-ci il oktyabrın 31-dən iqtisadi inkişaf naziridir.
Xarici işlər naziri Elmar Məmmədyarov 2004-cü ildən xarici siyasətimizə rəhbərlik edir.
Dövlət Sosial Müdafiə Fondunun sədriÿ Səlim Müslümov ÿ2002-ci ilin 17 dekabr tarixində bu vəzifəyə təyin edilmişdi. Dünən sədr postu əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsiylə əvəzlənib.
Kənd təsərrüfatı naziri Ismət Abasovÿ 23 oktyabr 2004-cü ildən isə kənd təsərrüfatı naziriydi. Dünən baş nazirin müavini təyin edilib.
Dünən postunu itirən müdafiə naziri, general-polkovnikÿ Səfər Əbiyevÿ 1995-ci il fevralın 5-dən vəzifədəydi.
Hesablama Palatasının sədri Heydər Əsədovÿ 2007-ci ildən Milli Məclisin qərarı ilə Hesablama Palatasının sədri vəzifəsini tuturdu. O, dünəndən kənd təsərrüfatı naziridir.
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədriÿQərib Məmmədov ÿ18 aprel 2001-ci ildə bu vəzifənin başına keçib.
Rabitə və informasiya texnologiyaları naziriÿ Əli Abbasov ÿ9 ildir rabitə sahəsində ən yüksək vəzifəni tutur.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 2006-cı ildən bu postdadır.
Nəqliyyat naziri Ziya Məmmədovÿ 8 avqust 2002-ci ildən bu vəzifədədir.
Gənclər və idman naziri Azad Rəhimov ÿ7 ildir gənclər və idman sahəsində rəhbər şəxsdir.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədriÿ Ramiz Həsənov ÿ8 ildir bu quruma rəhbərlik edir.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri ÿRüfət Aslanlıÿ 2008-ci ilin noyabr ayından bu vəzifədədir.
Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsinin sədriÿ Kərəm Həsənov 2005-ci ildən sədr vəzifəsini tutur.
Arif Vəliyev isə 1993-cü ilin may ayından Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədridir.
Diasporla Iş üzrə Dövlət Komitəsinin sədriÿ Nazim Ibrahimov ÿ2002-ci ildən bu vəzifədədir.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri ÿAbbas Ələsgərovÿ yaşlı məmurlar sırasına daxildir. 76 yaşlı Abbas müəllim 6 ildir komitəyə rəhbərlik edir.
Sənaye və energetika naziri Natiq Əliyev ÿ9 ildir sənaye və energetika sahəsində rəhbər məmurdur.
Müdafiə sənayesi naziri Yavər Camalov ÿ2006-cı ilin mart ayında nazir postuna təyin edilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədriÿ Hicran Hüseynova ÿ7 ildir eyni vəzifə başındadır.
Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin sədri Elşad Iskəndərovÿ 31 may 2012-ci il tarixində bu vəzifəyə təyin edilib.
Səhiyə naziri Oqtay Şirəliyev ÿ8 ildir səhiyyə sahəsinə rəhbərlik edir.
Qaçqınların və Məcburi Köçkünlərin Işləri üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini ÿƏli Həsənovÿ1998-ci ilin 18 noyabr tarixindən bu vəzifəni tutur.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevÿ 2006-cı ilin fevral ayından bu vəzifədə çalışır.
Elçin Quliyev 2002-ci ildən Dövlət Sərhəd Xidmətinin rəisi vəzifəsini tutur.