Eks-spiker Rəsul Quliyevin lideri olduğu Açıq Cəmiyyət Partiyası (ACP) yerləşdiyi qərargahdan çıxarılıb. Bu barədə Modern.az saytına partiya sədri Sülhəddin Əkbər məlumat verib. Onun sözlərinə görə, ACP icarəyə götürdüyü qərargahdan bir neçə gün bundan qabaq – avqustun 25-də çıxarılıb.
S.Əkbər rəhbərlik etdiyi partiyanın hazırda KXCP-nin qərargahında yerləşdiyini bildirib. “Bəli, ACP icarəyə götürdüyü qərargahdan avqustun 25-də çıxarılıb. Hazırda biz KXCP-nin qərargahında yerləşmişik. Sağ olsun Mirmahmud Mirəlioğlu bizə yer verdi”.
ACP sədrinin fikrincə, onların qərargahdan çıxarılması Milli Şura ilə bağlı olub. “Bizim ofisdən çıxarılmağımız hesab edirəm ki, Milli Şura ilə bağlı oldu. Milli Şuranın bir neçə toplantısı orada keçirildiyindən belə bir addım atdılar. Hələlik icarəyə ofis götürməyə gəlincə özümüzə gələk, sonra bu haqda düşünəcəyik”, – deyə S.Əkbər bildirib.