Ölkə başçısı İlham Əliyev bu gün bir sıra polisi rütbə ilə təltif edib. Onun sərəncamı ilə Daxili İşlər Nazirliyinin 3 zabitinə general-mayor rütbəsi verilib. Yeni rütbə alanlardan biri də Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Səhlab Bağırovdur.
Digər iki zabit isə Naxçıvan MR daxili işlər nazirinin müavini Səbuhi Novruzov və Azərbaycanda İNTERPOL-un Milli Mərkəzi Bürosunun rəisi Mehman Təhməzovdur.