ABŞ Dövlət katibi Con Kerri Rusiya prezidenti Vladimir Putini Suriya münaqişəsinin həllində ümumi mövqeyə gəlməyə çağırıb.
O belə bir bəyanatla bu gün Moskvada çıxış edib.
Kerri qeyd edib ki, Suriya münaqişəsində ABŞ-la Rusiyanın bir çox maraqları üst-üstə düşür.
O hər iki ölkənin regionun sabitliyi və ifratçılığın yayılmamasında maraqlı olduqlarını bildirib.
Vladimir Putin isə ikitərəfli əməkdaşlığın səfiyyəsindən razı qaldığını və hər iki ölkə prezidenti arasında əlaqələrin bunu daha da dərinləşdirəcəyini deyib.
Rusiya prezidentinin mətbuat xidmətindən verilən məlumnata görə, böyük 8-lər ölkələrinin iyunun 17-18-də İrlandiyada keçiriləcək növbəti sammiti çərçivəsində Putinlə Obama arasında görüş olacaq. (azadliqradiosu)