Ramiz Mehdiyev hakim partiyada mövqelərini itirir
YAP-ın Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin nəzarətindən çıxarılması prosesi davam edir. “Azadlıq” hələ bir müddət əvvəl məlumat vermişdi ki, hakimiyyətdəki ikitirəlik YAP-a da sirayət edib. Ramiz Mehdiyevə rəqib qruplaşma hakim partiyanı PA rəhbərinin nəzarətindən çıxarması üçün YAP-ın kurasiyasını Ilham Əliyevin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədova tapşırıb. Bu isə partiya rəhbərliyində parçalanmaya səbəb olub. YAP-ın icra katibi Əli Əhmədov Əli Əsədovun kuratorluğunu qəbul etsə də, onun müavinləri Ramiz Mehdiyevlə işləməyə üstünlük verir.
Bu günlərdə aldığımız məlumatlara görə, son vaxtlar yalnız Əli Əhmədovun rayonlara səfər etməsi bu ikitirəliklə bağlıdır. Əvvəllərə YAP-ın rəhbərliyi rayonlara birgə səfər edərdi. Lakin son vaxtlar Əli Əhmədovun yanında ən yaxşı halda səfər etdiyi rayonun deputatı görünür. Məlumatda deyilir ki, Əli Əhmədovun rayonlara tək səfər etməsi yerli təşkilatlara da Əli Əsədovun kuratorluğunu qəbul etdirmək üçündür. Bildirilir ki, bu səfərlər nəticəsində Ramiz Mehdiyevin YAP-dakı mövqeləri getdikcə zəifləməkdədir.
Azad