Martın 25-də Avropa qrupu bəyanatla çıxış edərək Kipr hökuməti ilə gələcək «makroiqtisadi korreksiya proqramı» üçün zəruri olan vacib elementlərlə bağlı razılığa gəldiyini bəyan edib. Razılaşmanı Avropa İttifaqına üzv olan bütün ölkələr, həmçinin Avropa Komissiyası, Avropa Mərkəzi Bankı (AMB) və Beynəlxalq Valyuta Fondu (BVF) dəstəkləyib. Kipr prezidenti Nikos Anastadiadisin təklif etdiyi layihə əvvəlcə Avropa İttifaqı prezidenti Xerman Van Rompey və Avropa Komissiyasının sədri Joxe Manuel Barrozu ilə danışıqlar zamanı müzakirə edilib. Bundan sonra baxılmaq üçün Avropa qrupuna göndərilib. Sonuncu isə martın 25-ə keçən gecə onu qəbul edib.
Qəbul edilən layihə iki böhranlı bankdan biri – Cyprus Popular Bank (Laiki) ləğvini, Bank of Cyprus-ə isə səhmdarların pulu, qiymətli kağızlar və 100 min avrodan artıq olan depozitlərin hesabına yardımı nəzərdə tutur.
Xatırladaq ki, ilkin plan Kiprin bütün banklarında kiçik yatırımlara 6,75%, 100 mindən artıq depozitlərə isə 9,9% vergi nəzərdə tuturdu.
Avropa qrupunun sənədində Bank of Cyprus-in təkrar kapitallaşması üçün istifadə olunacaq sığortalanmamış depozitin (yəni 100 min arvodan yuxarı) faiz məbləği müəyyən edilməyib. Məlumatlara görə, söhbət 30%-dən gedir.
Ümumilikdə, Kiprin bütün banklarında 10 min avrodan artıq məbləğdə depozitlərdə 38 mlrd. avro yatırım var. Onun 13 mlrd.-ı Aİ-a üzv olmayan ölkələrin payına düşür. Ləğv edilən Cyprus Popular Bank (Laiki)-ın 84%-i dövlətə məxsusdur. Bankın ləğvi sığortalanmamış depozitlərin sahiblərinə 4,2 mlrd. avroya başa gələcək. Əsas zərərçəkənlər arasında rusiyalı infestorlar da yer alıb. Lain onların itkilərinin nə qədər olacağaı dəqiq bilinmir.
Avropa qrupunun qərarı Kipr hakimiyyətinə Rusiya ilə maliyyə yardımına dair danışıqları davam etdirməyə də imkan verir.
azadlıq.info