Türkiyədə 5,8 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Egey dənizinin şimalına – Saros Körfəzinə təsadüf edib. Təkanlar İzmir və İstanbul şəhərlərində də ciddi şəkildə hiss olunub və əhali arasında panika yaradıb. Dağıntı və tələfat yoxdur.(APA)