Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli
Artıq cəbhə bölgələrimizdən döyüş xəbərlərini gözlədiyimiz narahatlıq və səlsəkə ilə AXCP üzvlərinin həbs xəbərlərini alırıq.
Artıq 9 nəfər AXCP fəalına- Qarabağ qazisi, 5 illik siyasi məhbus həyatından sonra yenicə azadlığa çlxmış Asif Yusifli, eləcə də Seymur Əhmədzadə, Baxtiyar İmanov, Ramid Nagiyev, İsmayıl Həsənov, Nicat Abdullazadə, Ceyhun Novruzov, Baba Süleymanov və Məhəbbət Nağıyev barəsində cinayət işi açılıb və üç aylıq həbs qətimkan tədbiri seçilib.
Onlar Cinayət Məcəlləsinin 186.2.1-ci (Əmlaкı qəsdən məhv etmə və ya zədələmə, zərərçəкmiş şəxsə кülli miqdarda ziyan vurmaqla törədildiкdə), 233-cü (İctimai qaydanın pozulasına səbəb olan hərəкətləri təşкil etmə və ya bu cür hərəкətlərdə fəal iştiraк etmə) və 315-ci (Haкimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə təqsirləndirilir.
Siyasi hakimiyyətin məqsədi AXCP-ni bir siyasi qüvvə olaraq tamamilə məhv etməkdir. Əminliklə deyirəm ki, alınmayacaq.
Azərbaycan Xalq Cəbhəsi öz möhtəşəm mübarizəsilə 70 illik Sovet istibdadının sütunlarını çökdürdü, Sovetlərlə müqayisəyəgəlməz dərəcədə amorf və başıpozuq bir kleptokratik idarəetmə ona nə edə biləcək ki?!
Başları “ən pis düşmən”- cəhbəçilərlə müharibəyə qarışıb deyə “daha yaxşı düşməni”- erməniləri unudublar.
Ancaq ən böyük təhlükənin haradan gəldiyini görməyəcək qədər bəsirətləri də itib. Görmürlər, anlamırlar ki, indi xalqın az qala hər bir fərdi cəbhəçiyə çevrilərək onu çörəklə, səfalətlə, aclıqla imtahana çəkən, Qarabağla bağlı ən təbii, ən müqəddəs arzularını və ümidlərini qəlbinə gömən repressiv və qəddar rejimə qarşı cəbhə açıb, mübarizəyə köklənib, tətiyin çəkilməsini gözləyir.
Erməniləri unudub AXCP-yə qarşı savaş elan edən hakimiyyət öz xalqına qarşı da savaşa hazırdırmı?!
Belə bir savaşdan qalıb çıxan istibdad olubmu tarixdə?!
Bizi son nəfərimizə qədər məhv etsəniz də bu sizi labüd sondan xilas etməyəcək.