Gənc fəalla bağlı verilən birinci qərar hələ icra olunmayıb
Avropa İnsan Hüqüqları Məhkəməsi martın 7-də 2013-cü ildə 8 il azadlıqdan məhrum edilən İlkin Rüstəmzadə haqda qərarını elan edib.
Bu barədə vəkil Fariz Namazlı Facebook sosial şəbəkəsində xəbər yayıb.
“Məhkəmə 2013-cü ildə açılan cinayət işi çərçivəsində İlkin Rüstəmzadənin haqqında seçilən həbs qətimkan tədbiri və həbsdə saxlama müddətinin uzadılmasından verdiyi şikayət üzrə qərarını elan edib.
Məhkəmə hesab edib ki, İlkin Rüstəmzadənin həbsi üçün əsaslı şübhə var. Konvensiyanın 5.1-ci maddəsinin pozuntusu tanınıb, mənəvi zərərə görə 20 min avro, məhkəmə xərclərinə görə 2 min 500 avro kompensasiya müəyyən edilib”.
“Azad Gənclik” Təşkilatının üzvü İlkin Rüstəmzadə (hazırda NİDA-nın üzvüdür) 2013-cü ilin 17 mayında həbs olunub.
İstintaq dövründə ona qarşı Cinayət Məcəlləsinin 220. 1 (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə), sonradan isə 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddəsi irəli sürülüb.
Məhkəmə onu ictimai qaydanı pozmaqda və kütləvi iğtişaşlarda təqsirli bilərək 8 il azadlıqdan məhrum edib.