AXCP Rəyasət Heyətinin üzvü Mammad İbrahimin işi üzrə istintaq yekunlaşıb və iş məhkəməyə göndərilib. Bu barədə Məmməd İbrahimin oğlu Turan İbrahim məlumat yayıb.
“Vəkil vəsatət verərək yataqdan “tapılan” bıçaqla bağlı ekspertiza keçirilməsi, Məmməd Ibrahimin əl izinin olub-olmaması haqda ekspertiza keçirilməsini xahiş edib. Alınan ekspertiza rəyinə görə bıçağın üzərində Məmməd İbrahimə aid əl izi aşkarlanmayıb”,- deyə Turan İbrahim bildirib.