Bu gün AXCP Gənclər Komitəsinin Ali Məclisinin sədri, şərlənərək həbs olunmuş Ruslan Nəsirlinin doğum günüdür. Bu ləyaqətli, mübariz, təmiz qəlbli insanı çirkli pulların yuyulmasında ittiham edirlər. Bəli, 150 milyard neft pulunu çirkli məqsədlər naminə talan edənlər, Azərbaycanı azad, demokratik, güclü görmək istəyənlərə analoqsuz çamur atıblar.
Təbii ki, Azərbaycan xalqı və dünya icitmaiyyəti bütün bu ittihamların saxta olduğunu bilir. Ruslan bu həbsə qədər dəfələrlə inzibati qaydada həbs olunub. O zaman “polisə müqavimət”lə həbs edirdilər. Amma ürəkləri soyumadı və “pula müqavimət”lə tutdular.
Bu ölkədə köləliyə, saxtakarlığa, ədalətsizliyə, talançılığıa müqavimət göstərənlərin hansısa ağır ittihamla həbs olunması normal hala çevrilib. Cibində yalnız yol puluna çatan qədər pulu olardı, amma ürəyinin böyüklüyü milyardlardan qiymətlidir. Cibində milyardları olub, ürəyi zibil qutusuna çevrilənlər bunu qəbul edə bilmədilər.
Ləyaqətli insanların öz doğulduğu günü zindanda qeyd etməsi ənənəyə çevrilib. Amma onlar zindanda olsalar da doğulduqları gün ölkə səviyyəsində qeyd olunur. Yüzlərlə insan bu şərəf və ləyaqət məhbuslarının şəninə təriflər yağdırır. Bu gün Ruslan Nəsirlinin yüzlərlə insan tərəfindən təbrik edilməsi, rejimin şər ssenarisinin ifşasıdır, Ruslanın qələbəsidir.
Doğum günün mübarək olsun. Gözəl günlər qarşıdadır.