Bakıda istintaq təcridxanasında saxlanılan xarici vətəndaş ölüb.
Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Türkiyə vətəndaşı, 1959-cu il təvəllüdlü Ertekin İsmayıl Sönmez ürək tutmasından dünyasını dəyişib.
Qeyd edək ki, İ.Sönmez Türkiyə ərazisində zorlama və seksual zorakılıq hərəkətləri etdiyinə görə həmin dövlətin Cinayət Məcəlləsinin müvafiq maddələri ilə axtarışa verilib. O, 10 gün Bakı-Tbilisi reysi ilə Gürcüstana qaçmaq istəyən zaman tutulub.