İsa Qəmbər yanvarın 18-də ürəyindən müalicə aldığı xəstəxanadan evə buraxılıb.
Bu barədə BBC Azərbaycancaya Müsavat Partiyasının sədri Arif Hacılı məlumat verib.
Onun sözlərinə görə, İsa Qəmbər hazırda özünü yaxşı hiss edir, ürək üçün görülən profilaktiki tədbirlərin ilk mərhələsi başa çatıb.
Arif Hacılı deyib ki, İsa Qəmbər “Həkimlərin məsləhəti ilə bir həftə evdə istirahət edəcək.
Ola bilsin ki, zaman-zaman həkim müayinəsinə getsin, amma müalicənin əsas mərhələsi başa çatıb”, o deyib.
Milli Strateji Düşüncə mərkəzinin rəhbəri İsa Qəmbər ürəyində olan narahatlıq səbəbindən yanvarın 13-də xəstəxanaya yerləşdirilib.
İsa Qəmbər uzun illər Müsavat partiyasının sədri olub.
O, həmçinin 1992-ci ildə o vaxtki Ali Sovetin sədri olub.