CHP-li millәt vәkillәrinin rәhbәrlik etdiyi vә “dini qurumdan 9 yaşında evliliyә razılıq” formasında aparılan kampaniyaya Dini İşlәr İdarәsi sәrt formada cavab verib. Bu istiqamәtdәki xәbәrlәrin әsassız vә qәtiyyәn hәqiqәti әks etdirmәdiyini bildirәn Dini İşlәr İdarәsi açıqlamasında aşağıdakı ifadәlәr yer alıb:
“Qız uşaqlarını ana olmaq, ailә qurmaq öhdәliklәrinә sahib olmadan psixoloji vә bioloji yetkinliyә çatmadan evlәndirmәk, nigahda razılıq vә iradә azadlığını şәrt qoyan islam dini ilә uyğun gәlmәz. Necә ki, qurumumuz tarixi boyunca erkәn yaşda evliliklәrә әsla razılıq vermәyib, vermәyәcәkdir.
azadliq.info