Şirkətin zərəri 3.5 milyona çatıb
31 dekabr 2016-cı il tarixinə “Səba” ASC-nin aktivlərinin həcmi 52 mln. 234,308 min manat təşkil edib.2015-ci illə müqayisədə aktivlərin həcmi 2 mln. 921,729 min manat azalıb.
Aktivlərin 37 mln. 154,035 min manatı (478,368 min manat azalma) uzunmüddətli, 15 mln. 80,273 min manatı (2 mln. 443,361 min azalma) isə qısamüddətlidir.
Hesabat dövründə şirkətin nizamnamə kapitalı dəyişməyərək 4 mln. 790,592 min manat, əlavə kapital isə 10 mln. 890,819 min manat olub.
Bölüşdürülməmiş mənfəəti 10 mln. 552,980 min manat olduğu halda, şirkət ili 3 mln. 341,335 min manat məbləğində xalis zərərlə başa vurub.
Hesabat dövründə şirkətin işçilərinin sayı 265 nəfər azalıb. Belə ki, 2015-ci ilin sonuna işçilərin sayı 840 nəfər idisə, 2016-cı ilin sonuna bu rəqəm 575 olub.