Suriyanın paytaxtı Dəməşqin əl-Midan rayonunda polis məntəqəsinə iki terrorçu-kamikadzenin hücumu nəticəsində 15 nəfər ölüb, xeyli sayda insan yaralanıb. Hücum zamanı silsilə partlayışlar törədilib. Polis məntəqəsində içərisində partlayıcı olan avtomobil də partladılıb. Ölənlərin arasında polislərin də olduğu bildirilir.