Jurnalistlərə yazılarına görə xəbərdarlıq edildi
Bu haqda baş redaktorun özü bildirib.
Ə.Zeynallı çağırılmasının sırf jurnalist fəaliyyəti ilə bağlı olduğunu söyləyib.
Baş redaktorun bildirməsinə görə, baş prokurorun birinci müavini Rüstəm Usubov qəbul edib, onunla “profilaktik” söhbət aparıb. Jurnalistin sözlərinə görə, dəvət olunmasına səbəb avropa.info saytında Prezident Administrasiyasında daxili münaqişələrdən bəhs edilən məqaləyə şərh yazması olub.
Avropa.info saytındakı yazıda AXCP sədri Əli Kərimlinin övladlarının Böyük Britaniya və ABŞ-da təhsilinin maliyyələşdirilməsindən bəhs olunub. Bununla bağlı məqalədə bir sıra iddialar yer alıb. Məqalə müəllifi iddia edib ki, bu maliyyələşmə Prezident Administrasiyasından gizlicə həyata keçirilir. Ancaq yazıda heç bir dəlil gətirilməyib.
Əvəz Zeynallı şərhində qeyd edibmiş ki, məqalənin mənbəyi Prezident Administrasiyasının bir-birini müxalifəti maliyyələşdirməkdə ittiham etməklə nüfuzdan salmağa çalışan yüksək vəzifəli məmurlarıdır. Əvəz Zeynallı onu da yazıbmış ki, bu qarayaxma bir şöbə müdirinə qarşı gizli mübarizə aparan başqa bir şöbə müdirinin işidir.
Analoji məzmunda məqalə infoaz.org xəbər saytında da yayılıb. Həmin məqalədə prezidentin köməkçisi Əli Həsənovun Prezident Administrasiyasının rəhbəri və hətta dövlət başçısı vəzifəsinə göz dikməsi iddia olunur.
Həmin xəbər saytının rəhbəri Namiq Cəfərli də bu gün, avqustun 18-də Baş Prokurorluğa çağırılıb.
N.Cəfərli də prokurorluğa çağırılmasını yazıları ilə izah edib. Ona saytda gedən yazılara görə, xəbərdarlıq edildiyini bildirib.