Türkiyə prezidenti Erdoğan, Türkiyə ilə NATO arasında gərginliyə səbəb olan S-400 raketlərinin alınmasilə əlaqədar Rusiya ilə razılaşmanın imzalandığını deyib.
Aprel ayında, sabiq Milli Müdafiə naziri Fikri İşık raketlərlə bağlı bu müqavilənin yekun mərhələsinin gəlindiyini deyib.
“Niyə S-400 raketləri gərginliyə səbəb olsun? Bir ölkə öz təhlükəsizliyilə bağlı ən ideal axtarışı etmək vəziyyətindədir”, o deyib.
“Biz illərdir ABŞ ilə bu cür şeylərdə istədiyimizi edə bilmiriksə, bu cür axtarış içində olmaq vəziyyətindəyik. Və bu axtarışın bir məhsuludur. Bu da NATO. İllərdir NATO ölkəsi olan Yunanıstan S-300-ləri istifadə edir. Niyə narahat olurlar?”-deyə Erdoğan sual edib.
Erdoğan qeyd edib ki, hazırda Rusiya Federasiyası ilə bu məsələ ilə bağlı addımlar atılıb:
“…imzalar atıldı və inşallah S-400 raketlərini ölkəmizdə görəcəyik. Və bunları ortaq istehsal da edəcəyik”, deyə o əlavə edib.