Respublikaçı-senator Сon Makkeyn beyin əməliyyatı keçirəndən sonra işə çıxacaq.
Makkeyn Konqresdə qanun layihələrinin hazırlanması prosesində iştirak etmək istəyir.
“Senator Makkeyn səbirsizliklə işə qayıtmaq istəyir ki, vacib qanun layihələri üzərində işini davam etdirsin. Bura Rusiya, İran və Şimali Koreyaya qarşı yeni sanksiyalar, həmçinin səhiyyə sahəsində islahatlar və müdafiə büdcəsi kimi vacib sənədlər daxildir”, – deyə senatorun rəsmi saytında yerləşdirilən xəbərdə bildirilir.
Qeyd edək ki, bir neçə gün əvvəl Con Makkeynə beyin xərçəngi diaqnozu qoyulub və əməliyyata qərar verilib.
Gültəkin