İnsan Haqları Müşahidə tәşkilatı Human Rights Watch heyәti 2011-ci ilin iyul ayından sonra Özbәkistana ilk ziyarәtini edәcәk.
HRW Orta Asiya araşdırmaçısı Stiv Sverdlov 19 iyulda Azadlıq radiosuna “Özbәkistan xarici işlәr naziri Abdulaziz Kamilovun 17 iyulda HRW heyәtinin avqust ayında Daşkәndә gәlәcәyini Brüsseldәki AB-Özbәkistan Şurasının iclasında söylәdiyini bildirib”.
Kamilov digәr beynәlxalq tәşkilatlarla da birlikdә işlәmәk üçün hәmәn tәşkilatların ölkәsinә gәlmәyә hazır olduqlarını bildirib.
Sverdlov HRW-nin Özbәkistan nümayәndәlәrindәn Özbәkistanı ziyarәt tәlәbinә cavab almadığı üçün bu xәbәrin onlar üçün sürpriz olduğunu bildirib.
HRW heyәtini Özbәkistana aparacaq olan Sverdlov “Daşkәndin beynәlxalq tәşkilatlarla olan işbirliyini genişlәndirmә cәhdini dәstәklәdiyini vә HRW-nin özbәk qurumlarından ölkәdәki insan haqları vәziyyәtini yaxşılaşdırmaq üçün lazım olan addımlar atacağını gözlәdiyini bildirib”.
Azadliq.info