ABŞ Dövlət Departamentində kibertəhlükəsizlik şöbəsi ləğv olunur. Bu barədə “Bloomberg” departamentəki mənbələrə istinadən məlumat yayıb.
Məlumatda bildirilir ki, şöbə digər ölkələrdən gələn kibertəhdidlərə qarşı mübarizə aparır, bu istiqamətdəki fəaliyyətləri koordinə edir və bu sahədə digər ölkələrlə əməkdaşlıq qururdu.
Kibertəhlükəsizlik şöbəsi 2011-ci ildə – Barak Obamanın hakimiyyəti dövründə yaradılmışdı.
“Bloomberg” yazır ki, dövlət katibi Reks Tillerson ixtisarlar aparmaqla departamentin xərclərini azaltmağa çalışır.
Gültəkin