“ABŞ və İsrail İranın Suriyanın cənubunda möhkəmlənməsinə qarşıdır”.
Bunu Ağ Evin rəsmisi Şon Spayser İsrail baş naziri Benyamin Netanyahunun bəyanatını şərh edərkən bildirib.
Netanyahu Suriyada atəşkəslə bağlı ABŞ-la Rusiya arasında əldə olunan razılaşmanın əleyhinə olduğunu bəyan etmişdi. Onun fikrincə, bu, İranın Suriyada hərbi cəhətdən möhkəmlənməsinə şərait yaradır.
Spayserin sözlərinə görə, İranın Suriyada möhkəmlənməsi hər iki ölkənin maraqlarına ziddir.
Bununla belə, Ağ Ev rəsmisi qeyd edib ki, ABŞ Suriyada produktiv barışıq görmək istəyir.
Spayser hesab edir ki, məlum narahatlıqlarla bağlı İsrail baş naziri ilə danışıqları davam etdirmək lazımdır.
Gültəkin