Dördü azyaşlı,biri hamilə qadın olmaqla 6 nəfər yaxın qohum zəhərlənmə keçirib.
Hadisə Mingəçevirin “Şəfa” bağ massivində qeydə alınıb. Elə zəhərlənən qohumlar da bu ünvanda yaşayır. İlkin məlumata görə, bir süfrədə qarpız, yemiş, kətə yeyib “Cansu” içən qohumlar ağır zəhərlənmə keçirərək təcili xəstəxanaya çatdırılıb. Zəhərlənən şəxslərdən beş nəfərinin adı məlumdur.
2008-ci il təvəllüdlü Mustafazadə Aytac Sadiiq qızı
2009-cu il təvəllüdlü Mustafazadə Səbinə Sadiq qızı
2010cu il təvəllüdlü Məmmədzadə Vüsalə Vüsal qızı
2013-cü il təvəllüdlü MəmmədzadəUğur Vüsal oğlu
1990-cı il təvəllüdlü Məmmədova Aytən Mismir qızı
Azyaşlıların dördü də uşaq reanimasiya şöbəsinə yerləşdirilib. Aytən Məmmədovaya Təcili yardım şöbəsində gərəkli tibbi yardım göstərilib. Nəslin adı hələ müəyyənləşməmiş gənc hamilə gəlini isə ginekologiya şöbəsinə göndərilib.