Təhsil Nazirliyindən bildirilib ki, buna səbəb nəzəriyyənin mübahisəli və çətin olmasıdır. Bu isə dünyəvi türklərdə narahatçılıq yarada bilər.
Bunu Milli Təhsil Şurasının başçısı Alparslan Durmuş bu həftə yaydığı onlayn müraciətdə bildirib.
“Hamımıza bəllidir ki, şagirdlər mübahisəli mövzuları qavramaq üçün bazaya malik deyillər və ya bəzi mübahisəli məsələləri anlayacaq qədər bilik və elmi bacarıqları yoxdur, buna görə də biz, bəzi mövzuları kənara qoyduq,” – o deyib.
Charles Darvinin təkamül nəzəriyyəsi həm xristian, həm də müsəlman alimləri tərəfindən inkar olunur. Onlar inanırlar ki, İncil və Quranda təsvir olunduğu kimi kainatı, dünyanı və bütün canlıları Allah yaradıb.
Baş nazirin müavini Numan Kurtulmuş bu ilin əvvəlində bildirmişdi ki, ilk dəfə 19-cu əsrdə çap olunan Darvinin nəzəriyyəsi “köhnə və xarabdır” və tədrisi vacib deyil.
Dəyişikliklər yeni tədris – 2017-2018 akademik ilində tətbiq olunacaq və “Türk dəyərləri” əsasında formalaşdırılacaq, Durmuş söyləyib.
İbtidai məktəbdən ali məktəbə qədər “İmam Hatip” dini məktəbləri də daxil olmaqla ümumi sayı 51 kurs proqramı dəyişdirilib.
Dünyəvi təhsili təbliğ edən lobbi qrupu Eğitim-İş (Təhsil İş) İttifaqı tədris proqramına dəyişiklər ilə bağlı narahatlığını ifadə edərək vurğulayıb ki, bu, ictimai həyatda İslamı qadağan edən müasir Türkiyənin qurucusu Mustafa Kemal Atatürkün nailiyyətlərinə kölgə salır. (BBC )